SON DƏQİQƏ: Hindistan qırıcıları Pakistanı BOMBARDMAN ETDİ


Dünya 26 Fev 2019 12:21:00 246 0

SON DƏQİQƏ: Hindistan qırıcıları Pakistanı BOMBARDMAN ETDİ

Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.

Son.az xəbər verir ki, Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafur Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd "Miraj 2000" qırıcısı iştirak edib.

Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir.

Bombanın fotolarını və qalıqlarını paylaşan Gafur heç bir maddi və insan itkisinin olmadığını qeyd edib.