Xocalıda sonuncu toy... FOTO


Digərləri 26 Fev 2019 12:07:00 293 0

Xocalıda sonuncu toy...   FOTO

Bu fotonun adı "Xocalıda sonuncu toy"dur.

Zaman 1992-ci ilin 24 fevralı... Məkan Xocalı şəhəri... Dəhşətli soyqırımından cəmi iki gün əvvəl... Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən  Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı... Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər... Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər... Son.az modern.aza istinadən Xocalı sakinlərindən birinin bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edir: "Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu". Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi. Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilib;

- 56 insan işgəncə ilə öldürülüb;

- 27 ailənin yalnız 1 üzvü qalıb;

- 25 uşaq hər iki valideynini itirib;

- 130 uşaq valideynlərindən birini itirib;


Xəbərə aid foto