"Körpələrin yaşamaq haqqını əlindən alanları rəbbimə tapşırıram"


Digərləri 26 Fev 2019 11:49:00 244 0

"Körpələrin yaşamaq haqqını əlindən alanları rəbbimə tapşırıram"

Bu gün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilən Xocalı soyqırımından 27 il ötür.

Son.az-ın axşam.az-a istinadən məlumatına görə, şou-biznes nümayəndələri də bunla bağlı İnstaqram profillərində paylaşımlar ediblər. 

Zülfiyyə Xanbabayeva paylaşımında "27 il öncə Xocalı soyqırımı zamanı günahsız yerə öldürülən insanların qanlarının nə zamansa yerdə qalmayacağı ümidi ilə bu faciəni ürək ağrısıyla anıram. Allah rəhmət eləsin!" sözlərini qeyd edib. 

Elvin Abdullayev isə "Bu faciədə dünyasını dəyişmiş qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Başımız sag olsun, Vətən sag olsun" yazıb.