Gəncədə 3 yaşlı uşağın üzərinə qaynar su töküldü


Digərləri 26 Fev 2019 11:08:00 260 0

Gəncədə 3 yaşlı uşağın üzərinə qaynar su töküldü

Gəncə şəhərində 3 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb.

Son.az report-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü oğlan uşağı yaşadığı evdə valideynlərinin diqqətindən yayınaraq içərisi qaynar su ilə dolu çaydanı üzərinə aşırıb.

Kürək, üz və çiyin nahiyələrindən yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.