Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi


Digərləri 26 Fev 2019 08:44:00 185 0

Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli və “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 1 may tarixli 125 nömrəli qərarlarında dəyişikliklər edib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan vətəndaşlarının xaricdə təhsil alma imkanları genişləndirilib. Trend-in məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları"nda dəyişiklik edilib. Qaydalara edilən yeni əlavəyə əsasən, Azərbaycan vətəndaşları xaricdə dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında da təhsil ala biləcəklər.