Serbiyada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)


Digərləri 26 Fev 2019 08:58:00 148 0

Serbiyada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi təşkil olunub.

Bakı. Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi təşkil olunub. Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada ezamiyyədə olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Eyyub Quliyev və Azərbaycanın Əməkdar artisti Afaq Abbasova, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə iştirakçılar Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Səfir Eldar Həsənov tədbirdə çıxış edərək erməni separatçılarının vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları və həyata keçirdikləri cinayətlərdən danışıb, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının labüd olduğunu və bu soyqırımı törədənlərin beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini vurğulayıb.