Bayern Munich-dən Real-ın oyunçusuna təklif


İdman 26 Fev 2019 10:33:00 395 0

Bayern Munich-dən Real-ın oyunçusuna təklif

Real-ın futbolçusu Marko Asensio yayda Madrid klubundan ayrıla bilər.

Goal.az-ın "Don Balon"a istinadən yaydığı xəbərə görə, Bayern Munich 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Münhen klubunun oyunçu üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilib. Almaniya təmsilçisinin Asensio ilə artıq danışıqlara başladığı və ona təklif göndərdiyi vurğulanıb.

Xəbərdə qeyd olunub ki, Asensio Bayern Munich-ə keçməyə narazı deyil. Onun Real-ın baş məşqçisi Santyaqo Solari ilə problemləri səbəbindən Madrid klubundan ayrılmağı düşündüyü iddia olunub.

Qeyd edək ki, Asensio bu mövsüm 31 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.