Chelsea qapıçını cərimələdi


İdman 26 Fev 2019 10:16:00 352 0

Chelsea qapıçını cərimələdi

Chelsea baş məşqçisi Mauritsio Sarri ilə qapıçısı Kepa Arrissabalaqa arasında olan qalmaqalı araşdırıb.

Goal.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi Kepa və Sarrini dinləyib və qapıçını həftəlik maaş məbləği ilə cərimələyib. Həmin məbləğin Chelsea-nın xeyriyyəçilik fonduna köçürüləcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda Manchester City ilə final oyununda Sarri qapıçı Kepanı əvəzləmək istəsə də, o, bundan imtina edib.