Gəncədə Azərbaycan və Türkiyə cərrahlarının birgə konfransı keçirilib


Digərləri 26 Fev 2019 10:00:00 229 0

Gəncədə Azərbaycan və Türkiyə cərrahlarının birgə konfransı keçirilib

23-24 Fevral 2019-cu il tarixlərində Gəncədə Azərbaycan Tibb Universitetinin və Türk Hepato Pankreato Biliyar Cərrahiyyə dərnəyinin təşəbbüsü, Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə Ramada Plaza Otelində "1-ci Azərbaycan-Türkiyə Hepato-Pankreato-Biliyar Cərrahiyyə" elmi-təcrübi konfrans keçirilib.

İki günlük konfransın proqramını Laparoskopik Pankreas, Qaraciyər cərrahiyyəsi, Distal Pankreas rezeksiyası, Kəskin nekrotik pankreatitdə invaziv gastroenterologiyanın və invaziv radiologiyanın yeri, Hepatosellular xərçəngdə cərrahi və lokal müalicələr, Azərbaycanda HBP cərrahiyyəsinin və Qaraciyər transplantasiyasının mövcud vəziyyəti və digər mövzular təşkil edib. 

Tədbir AMEA Müxbir üzvü, ATU I cərrahi xəstəliklər kafedrasının müdiri Prof. Dr. Nuru Bayramovun, Türkiyə Hepato Pankreato Biliyar cərrahhiyə cəmiyyətinin sədr müavini Prof. Dr. Mustafa Keremin və Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru T.ü.f.d. Uzm. Dr. İlkin İsmayılovun çıxışları ilə başlanıb. Bir neçə elmi məruzədən sonra, Gəncə Beynəlxalq Xəstəxanasında Azərbaycan və Türk mütəxəssisləri tərəfindən icra olunan çox mürəkkəb qaraciyər əməliyyatı canlı yayım vasitəsilə konfrans zalında nümayiş olunub. Canlı yayım zamanı əməliyyatı icra edən cərrahlar, tətbiq edikləri texnikalarını şərh edərkən, iştirakçılar tərəfindən onlara coxsaylı suallar ünvanlanıb. 


Xəbərə aid fotolar