Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı davam və inkişaf etdirmək niyyətindədir


Siyasət 26 Fev 2019 09:15:00 217 0

Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı davam və inkişaf etdirmək niyyətindədir

Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya rəsmi səfəri başlayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstan Prezidentinin Administrasiyası səfərdə məqsədin qonşu ölkə kimi Azərbaycanla strateji tərəfdaşlığı davam və inkişaf etdirmək olması barədə xəbər yayıb.

Bakıda Gürcüstan liderinin yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir.

Bundan başqa, S.Zurabişvilinin Azərbaycanda təhsil alan gürcü tələbələr, burada işgüzar dairələrin nümayəndələri ilə görüşəcəyi də nəzərdə tutulur.