Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı


Digərləri 26 Fev 2019 09:02:00 229 0

Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı

09:04

Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:

"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib".

09:02

Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib.