10 yaşlı uşağı “tok” vurdu,


Digərləri 26 Fev 2019 08:33:00 208 0

10 yaşlı uşağı “tok” vurdu,

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu "tok" vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.