Apple şirkəti Pullstringi alıb


Digərləri 26 Fev 2019 08:35:00 201 0

Apple şirkəti Pullstringi alıb

Pullstring - səs köməkçiləri üçün proqramların tərtibatı üzrə startup.

Son.az technote.az-a istinadən bildirir ki, bu, şirkətə Siri səs köməkçisinin imkanlarını daha da genişləndirməyə və Amazon Alexa və Google Assistent ilə rəqabət aparmağa imkan verəcəkdir.

Pullstring 2011-ci ildə keçmişdə Pixar şirkətinin əməkdaşları olan bir qrup tərtibatçılar tərəfindən təsis edilmişdir. Şirkət Hello Barbie kimi interaktiv səs proqramlarının tərtibatı üzrə çalışıb.

Daha sonra, şirkət, öz fəaliyyətini IoT məhsulları üzərinə yönəldərək, Amazon Alex və Google Assistent üçün proqramlar tərtib etməyə başlayır.