PKK tərəfdarları Avropa Şurasının binası qarşısında


Dünya 26 Fev 2019 08:38:00 236 0

PKK tərəfdarları Avropa Şurasının binası qarşısında

PKK terror təşkilatının azı 43 tərəfdarı Strasburqda Avropa Şurasının binası qarşısında təşkil edilmiş etiraz aksiyası zamanı polislə toqquşma yaratdığına görə saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, terrorçuların rəhbəri Abdulla Öcalanın həbsdə saxlanma şəraitindən narazı olan aksiya iştirakçıları asayiş keşikçilərinə hücum ediblər. Etirazçılar polis əməkdaşlarına daş atıblar, binaların qapı və pəncərələrini sındırıblar, həmçinin zibil konteynerini yandırıblar. Qarşıdurma zamanı üç polis yaralanıb.

Jurnalistlər qarşısında çıxış edən in Avropa Şurasının kommunikasiyalar üzrə direktoru Daniel Holtqen terrorçuların tərəfdarlarının hərəkətlərini vandalizm adlandırıb. "Hər kəs dinc nümayiş keçirmək hüququna malikdir, amma zorakılıq və vandalizm yolverilməzdir", - deyə o bildirib.