Xırdalanda fəhlə iş yoldaşını bıçaqlayıb


Digərləri 26 Fev 2019 08:40:00 216 0

Xırdalanda fəhlə iş yoldaşını bıçaqlayıb

Abşeron rayonunda bıçaqlanma olub.

Son.az ONA.az-a istinadən xəbər verir ki, hadisə  Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Şəhərdə tikinti aparılan binada fəhlə iş icraçısı , 1981 - ci il təvəllüdlü  Həsənov Ceyhun Əlizaman oğlunu bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.