Kolumbiya Parlamenti Xocalı soyqırımı ilə bağlı səfirliyimizə başsağlığı verdi


Siyasət 26 Fev 2019 08:30:00 221 0

Kolumbiya Parlamenti Xocalı soyqırımı ilə bağlı səfirliyimizə başsağlığı verdi

Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin Prezidenti Xaime Duran və həmin Komitənin Baş katibi Dieqo Alexandro Qonzalez tərəfindən ölkəmizin Boqotadakı Səfirliyinə başsağlığı məktubu ünvanlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, məktubda Kolumbiya qanunvericiləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dərin hüznlə Azərbaycan xalqına başsağlığı verir, azərbaycanlılarla həmrəy olduqlarını bildirir.

Eyni zamanda Xocalı soyqırımında 613 insanın amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirilərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlərin öz yurdlarını tərk etməsindən təəssüfləndiyi qeyd olunur.

Əlavə olaraq cənab Xaime Duran qardaş Azərbaycan xalqına bir daha dəhşətli faciələr ilə üzləşməməsini və mövcud münaqişəni qısa zamanda danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzulayır, həmçinin ölkəmizə sülh və tərəqqi diləyir.