Tramp ABŞın Türkiyədəki səfiri vəzifəsinə Satterfildin namizədliyini irəli sürüb


Dünya 26 Fev 2019 08:13:00 180 0

Tramp ABŞın Türkiyədəki səfiri vəzifəsinə Satterfildin namizədliyini irəli sürüb

ABŞ Prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri vəzifəsinə Devid Satterfildin namizədliyini irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, Satterfildin namizədliyi Senata göndərilib. Senat baxdıqdan sonra namizədliyi qəbul və ya rədd edə bilər.

Xatırladaq ki, Satterfild dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edir. Bundan əvvəl isə Satterfild ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanı səfirliklərində çalışıb.