BAMFda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib FOTO


Digərləri 26 Fev 2019 08:03:00 283 0

BAMFda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib  FOTO

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Xocalı soyqırımının 27-ci ildönümü anılıb.

Son.az Trend-ə istinadən bildirir ki, İmdad Əfşar, Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərin iştirakı ilə keçirilən tədbiri təşkilatın rəhbəri Umud Rəhimoğlu açıb. Əvvəlcə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.

27 il əvvəl törədilən qanlı qırğın barədə danışan U.Rəhimoğlu bəyan edib ki, bu adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində dünyanın hər yerində çağırışlar edilir. Biz hər birimiz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik.

Tədbirdə Moskvada yaşayan, əslən Qarabağdan olan soydaşımız, yazıçı Ulduz Qasımın yenicə nəşr edilən "Xocalı şikəstəsi" romanı təqdim edilib. Qeyd edək ki, müəllifin bundan əlavə altı kitabı işıq üzü görüb.

Romanı türkcəyə çevirən və orada yayımını təşkil edən İmdad Avşar əsər barədə geniş məlumat verib.


Xəbərə aid fotolar