Mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq


Digərləri 26 Fev 2019 07:51:00 220 0

Mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq

"Cisco" şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt) çataraq qlobal IP trafikinin təxminən 20 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu, 930 eksabayta bərabərdir və 2012-ci ildə generasiya edilən bütün trafikdən 113 dəfə çoxdur.

Son.az ICTnews-a istinadən bildirir ki, bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.

Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət "Əşyalar interneti" (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.  

"Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan "Əşyalar interneti" qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.