Uşaqların əsəbi olmasına əsas səbəb Diqqətsizliyə və beyin inkişafına da mane olur


Digərləri 25 Fev 2019 23:54:00 220 0

Uşaqların əsəbi olmasına əsas səbəb  Diqqətsizliyə və beyin inkişafına da mane olur

Keyfiyyətli yuxu, uşağın böyümə və inkişafı üçün olduqca əhəmiyyətlidir. Alimlər uşaqların və körpələrin kifayət qədər yatmadıqları təqdirdə onların beyin inkişaflarında ləngimə, əsəbilik, diqqətsizlik, iştahsızlıq, öyrənmə qabiliyyətinin azalması və hiperaktivlik yarandığını bildirirlər.  

Son.az medicina.az-a istinadən bildirir ki, müasir zamanda analar həm işləyir həm də uşaqlara baxırlar.  Bu zaman uşaqların yuxu problemləri bütün ailəyə mənfi təsir gösrətə bilər.  Yuxu uşağın fiziki olaraq dincəldiyi və beyninin bəzi bölgələrinin gündüzə nisbətən daha aktiv işlədiyi bir vaxtdır. Bu səbəbdən də uşağın fasiləsiz yuxusu onun inkişafı üçün çox əhəmiyyətlidir.

Yuxu boyunca uşağın mərkəzi sinir sistemi inkişaf edir və beyin hüceyrələri arasında yeni bağlar yaranır.