Fastfudlar hansı xəstəliklərin yaranmasına səbəb olur?


Digərləri 25 Fev 2019 22:59:00 207 0

Fastfudlar hansı xəstəliklərin yaranmasına səbəb olur?

Fast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağına baxmayaraq, həm də dadlı olur. Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Əgər insan ayda bir dəfə ayaqüstü yeməklərlə qidalanarsa, orqanizmə ciddi bir zərər dəyməz. Ancaq hər gün qidalanarsa, onda bir müddətdən sonra orqanizmdə qüsurlar meydana çıxar. Doymuş yağlardan hazırlanmış qidalar yüksəkkalorili olur, bir sıra xəstəliklərə yol aça bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

Sağlam qidalanma üzrə mütəxəssis deyib: "Uşaqlar və tələbələr tez hazırlanan yüksəkkalorili ayaqüstü yeməklərə üstünlük verirlər. Bir çox ailələrin ayaqüstü yeməklər təklif edən məkanlarda qidalanmağına baxmayaraq, böyüklər özləri hər zaman burada hazırlanan yeməklərə xüsusi dəyər vermirlər və imtina edirlər.

Ayaqüstü yeməklər niyə zərərli hesab olunur? Çünki artıq çəki və piylənməyə səbəb olur. Vitamini olmayan bu cür bütün yeməklərin tərkibini çox kalorili və çoxlu miqdarda yağ və şəkər təşkil edir. Belə qidalar qaraciyəri yükləyən və ürək-damar sisteminə zərər verən bir çox heyvan mənşəli yağlarla zəngindir. Karbohidratlarla və yağlarla zəngin olan məhsullar toxluq hissi yaratmağa qadir deyil. Qazlı içkilər və kokteyllərin tərkibində çoxlu miqdarda şəkər var, bəziləri sidikqovucu xüsusiyyətə malikdir və orqanizmə ciddi zərər yetirir.