Qadın pasiyentlərin ən çox aşiq olduğu kişi həkimlər 5 sevimli həkim tipi


Digərləri 25 Fev 2019 22:32:00 230 0

Qadın pasiyentlərin ən çox aşiq olduğu kişi həkimlər  5 sevimli həkim tipi

Elə həkimlər var ki, onlara qadın pasiyentlər daha  çox maraq göstərir, hətta aşiq olurlar. Düzdür, kişi həkimlər  qadın pasiyentə sadəcə pasiyent kimi baxır və nadir hallarda şəxsi münasibət qururlar.

Araşdırmalar göstərib ki, bu kişi həkimlərin qadın fanatı daha çox olur. Onları digər həkimlərdən fərqləndirən nədir? Daha mehriban, daha diqqətli, daha ürəyə yaxın olmaları?

Son.az medicina.az-a istinadən qadınların daha çox aşiq olduğu 5 həkim tipini təqdim edir:

1.Psixiatr, psixoterapevt, psixoloq

Depressiyada olan qadınların üz tutduğu, çətin anında yanında olan, məsləhətlər verən, gələcəyə inandıran, komplimentlər deyən, üstəlik qadının bəzi şəxsi həyat problem və sirlərini bilən dərd ortağı həkimi kim sevməz? Ətrafdan, xüsusən həyatında olan kişilərdən lazımi dəstəyi görməyən qadın bu anlarda kim onun yanındadırsa, ona da mehrini sala bilir.

Psixiatrlara qadın pasiyentlərin aşiq olması halları o qədər çoxalıb ki, Britaniya Psixoterapevtlər Birliyi psixiatr həkimlərə pasiyentlə şəxsi münasibətə müalicə və terapiya bitdikdən xeyli sonra başlamaq qaydasını tətbiq edib. Yəni seans, müalicə zamanı qadın pasiyentlə hər hansı əlaqə,münasibət yol verilmir.

2.Ginekoloq

Ginekoloq həkim qadına  anadan belə yaxın ola bilir. Qadınlar onunla açıq danışa bilir, ən intim sirlərini bölüşür. Üstəlik həkimin qadınla incə davranması, mehribanlığı əlavə bonuslardır. Amma burda fiziki təmas da az rol oynamır. Sadəcə kişi  ginekoloqların peşələri ilə əlaqədar qadın pasiyentlərə bərabər gözlə baxır, nadir halda kiməsə meyillənirlər. Burda yenə də hisslərini cilovlamayan qadınlar ola bilir.