Vacib imtahandan əvvəl nə yemək lazımdır? 4 faydalı məhsul


Digərləri 25 Fev 2019 21:47:00 220 0

Vacib imtahandan əvvəl nə yemək lazımdır?  4 faydalı məhsul

Bilirik ki, yaxşı qidalanmaq bizə enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağımızı da təmin edir.

Bəs hansı qidaların və içkilərin beyninizə yaxşı təsir etdiyini və bir imtahanda uğurlu olmağınıza kömək edəcəyini bilirsinizmi?

Yaşıl çay

Əsas tərkib: Polifenol

Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir

Son.az bagcam.az-a istinadən bildirir ki, yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir. Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur.

Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

Yumurta

Əsas tərkib: Kolin

Faydası: Yaddaşı inkişaf etdirir

B vitamini oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. Yumurta sarısı isə ən zəngin təbii kolin qaynaqları arasında yer alır.