Zidan İngiltərədə işləmək istəmir


İdman 25 Fev 2019 21:38:00 412 0

Zidan İngiltərədə işləmək istəmir

Real-ın sabiq baş məşqçisi Zinəddin Zidan Chelsea-da işləmək niyyətində deyil.

Goal.az El Espanol nəşrinə istinadən xəbər verir ki, hazırkı baş məqçi Maurisio Sarridən narazı olan London klubu onun postuna Zidanı gətirməyi planlaşdırır. Lakin fransız mütəxəssis Premyer Liqaya can atmır. İngiltərədə yalnız Manchester United-i çalışdıra biləcəyini deyib. Mətbuat Zidanın əvvəllər formasını geydiyi Juventus-da işləmək şansını da istisna etmir.