Latviyada da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib FOTO


Dünya 25 Fev 2019 21:20:00 228 0

Latviyada da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib  FOTO

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Son.az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Latviya ictimaiyyətinin üzvləri - elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun üzvləri, yerli KİV təmsilçiləri, Latviya, Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Rusiya, Baltik və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə ilk öncə "Xocalıya Ədalət" sənədli filmi nümayiş etdirilib. Çoxsaylı video və foto materiallar əsasında çəkilən filmdə erməni silahlı qüvvələri tərəfindən Xocalıda insanlıq əleyhinə törədilmiş hərbi cinayətlərdən geniş bəhs edilib.

Filmin ardınca çıxış edən səfir C.Axundov xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu soyqırımı aktının Ermənistan Respublikasının etnik təmizləmə siyasətinə xidmət etdiyini söyləmişdir. Xocalı soyqırımının erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı 200 illik etnik təmizləmə və soyqrım siyasətinin davamı olduğunu qeyd edən səfir, faciə qurbanlarının xatirəsini daim yaşatmağı gənclərə tövsiyə etmişdir. Bir xalqın milli mənsubiyyətinə görə yer üzündən silinməsinin soyqırımı aktı olduğuna əsas verdiyini qeyd edən səfir, Xocalı soyqırımının təkcə Azərbaycan xalqı deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu söyləmişdir.

Həmçinin Xocalı soyqırımım beynəlxalq səviyyədə tanınması prosesindən geniş bəhs edən səfir, hazırda təməli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən qoyulmuş "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində silsilə tədbirlərin keçirildiyini və indiyədək bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını tanıyan və bu faciəni qınayan bəyanatların qəbul edildiyini söyləmişdir.

Həmçinin 2015-ci ilin 26 fevral tarixində Latviya Seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyini xatırladan səfir, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bu bəyanatda faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını söyləyərək, nümayiş etdirilən həmrəyliyə görə Latviya xalqına öz dərin təşəkkürünü ifadə etmişdir. Bir gün Xocalı faciəsinin bütün dünyada soyqırımı aktı kimi tanınacağına inandığını bildirən səfir, həmvətnlilərimizi "Xocalıya ədalət" beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə və bu faciəni daim xatirələrdə yaşadaraq gələcək nəsillərə ötürməyə çağırmışdır. Dünən Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə böyük matəm mitinqinin keçirildiyini və bu gün Latviyada azərbaycanlı tələbələrin iştirakı ilə anım yürüşün olduğunu qeyd edən səfir, bu qanlı faciənin təbliği, xatirələrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır.

Sonra çıxış üçün söz tanınmış latviyalı ictimai xadim və yazıçı Yanis Udrisə verilmişdir.


Xəbərə aid fotolar