Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb


Digərləri 25 Fev 2019 20:21:00 203 0

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb

2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib.

Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.