96 dövlət əmlakı özəlləşdirilir - VAXT


Digərləri 25 Fev 2019 19:33:34 197 0

96 dövlət əmlakı özəlləşdirilir - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 mart tarixində keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 mart tarixində keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813.2 kv.m arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər. Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350.4 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129.4 kv.m-dir.