Xaçmaz sakinini öldürüb meşədə basdıran dəstə...


Kriminal 25 Fev 2019 19:24:00 299 0

Xaçmaz sakinini öldürüb meşədə basdıran dəstə...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elbrus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 1-də Xaçmazın Əbilyatağı kəndi ərazisində, rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.