BDU-da Xocalı soyqırımı qurbanları anılıb


Digərləri 25 Fev 2019 19:25:17 307 0

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən F.Qurbanov Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasından bəhs edib.