“Səsimizi çıxartsaq deyirlər ki, sabahdan gəlmə”


Digərləri 25 Fev 2019 19:09:00 234 0

“Səsimizi çıxartsaq deyirlər ki, sabahdan gəlmə”

Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Xüsusəndə işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda daha geniş yayılıb. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qayda da aparılır. Bu da işə götürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Biri var işi sevib ürəkdən görəsən, biri də var təzyiqlə".

Sakin: "Günə 5 manat verirlər səhər saat 8-də gedib axşam 8-də gəlirik. Biri danışsa deyirlər ki, sabahdan işə gəlmə".

İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işə götürən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edə bilər. Əlavə olaraq qısaldılmış iş saatları da nəzərdə tutulur.

Azər İsmayılov - Dövlət Əmək Müfəttişliyi Xidmətinin sector müdiri: "16 yaşına qədər olan şəxslər üçün həftəlik 24 saat müəyyən olunur. Gündəlik isə 4 saatdan çox olmamalıdır. 16-18 yaşa qədər olanlar üçün 36 saat, gündəlik isə 6 saatdan çox olmamalıdır, birinci və ikinci qrup əlilər üçün isə qısaldılmış iş rejimi tətbiq olunur".

Əmək qanunvericiliyi işçinin iş vaxtından əlavə işləmə saatını da tənzimləyir. Yəni müəssisə sahibi işçini iş vaxtından əlavə istədiyi vaxt və istədiyi qədər işlədə bilməz.


Xəbərə aid fotolar