İslamda ebru sənəti (FOTO)


Digərləri 25 Fev 2019 19:04:00 206 0

İslamda ebru sənəti (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda ebru sənəti” mövzusunda seminar keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslamda ebru sənəti” mövzusunda seminar keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, seminarı Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar və görüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə yönündə xeyli iş görüldüyünü qeyd edən Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib. Ə.Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə, İslam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. O bildirib ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, İslam dininin yayılmasında da mühüm rol oynayıb. Ə.Niyazov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə, İslam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdırıb. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun bərpa laboratoriyasının elmi işçisi Zaur Orucov “İslamda ebru sənəti” mövzusunda çıxış edərək bildirib ki, dövründən və məkanından asılı olmayaraq, insan övladı hər zaman möhtəşəm əsərlər meydana gətirib. Z.Orucov qeyd edib ki, hazırda Yer üzərində mövcud olan hər bir dinin mənsubunda incəsənətin izlərini görmək mümkündür. O, İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib.