Bank VTB: Korporativ biznesin inkişafı fəaliyyətimizin prioritet istiqamətlərindən biridir


Digərləri 25 Fev 2019 18:50:00 183 0

Bank VTB: Korporativ biznesin inkişafı fəaliyyətimizin prioritet istiqamətlərindən biridir

Bankı VTB-nin (Azərbaycan) orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənovun müsahibəsi

Bakı. Stabil inkişaf üçün sahibkarların daim etibarlı maliyyə dəstəyinə ehtiyacı var. Bu səbəbdən elə biznesin uğuru da tərəfdaş-bankın düzgün seçimindən asılıdır. Bu sahədə tələbatı yüksək olan bank məhsulları və VTB-nin (Azərbaycan) üstünlüklərindən bankın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov danışır. - Bank VTB korporativ müştərilərinə hansı xidmətləri təqdim edir? - Korporativ biznesin inkişafı ənənəvi olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Biz müştərilərimizə geniş çeşidli xidmətlər təklif edir və onlarla möhkəm tərəfdaşlıq əlaqələri qururuq. Bu gün VTB (Azərbaycan) iş adamlarına həm qısamüddətli kreditlər, kredit xəttləri və overdraftlar, həm də yeddi il müddətinə biznes kreditləri təklif edir. Xidmətlər arasında akkreditiv və bank zəmanətləri məhsulları kifayət qədər populyardır. Bunlar sahibkarlara ənənəvi kreditləşmə alətlərindən istifadə etmədən iri sövdələşmələrdə iştirak etməyə imkan verir. 2018-ci ildə verilmiş bank zəmanətlərinin sayı 2, həcmi isə 8 dəfə artıb. Ötən il biz ümumi məbləği 1,5 mln manat təşkil edən 46 bank zəmanəti vermişik- onların arasında rubl və dollarda olan zəmanətlər də olub. Kredit məhsulları və sənədli əməliyyatlar həm yerli, həm xarici valyutalarda təklif edilir. Bu istiqamətdə biz müştərilərimizə kompleks şəklində xidmət göstəririk: sözləşmə şərtlərinin hazırlanması, risklərin və xərclərin qiymətləndirilməsi və s. Bundan başqa, iş adamları hesablaşma-kassa xidməti, ticarət maliyyələşməsi, konversiya əməliyyatları kimi məhsullardan da yararlana bilər. -Təklif etdiyiniz xidmətlər digər banklarla müqayisədə hansı üstünlüyə malikdir? - Bildiyiniz kimi, hazırda bir çox sahibkarlar öz bizneslərini ölkə xaricində də uğurla inkişaf etdirir və bu tendensiya artmaqda davam edir. Belə biznesin bir çox hallarda etibarlı tərəfdaş qismində çıxış edəcək bir banka ehtiyacı var. VTB (Azərbaycan) da beynəlxalq VTB qrupun bir hissəsidir. Bizim əsas üstünlüklərimizdən biri də məhz bundan ibarətdir: müştərilər bir bankın müxtəlif xarici nümayəndəliklərinin xidmətlərindən istifadə edə bilər. Bu, onlara həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etməyə imkan verir.