Elçin Quliyev Tehranda keçirilən yarışda qələbə qazanmış idman­çılarla görüşüb (FOTO)


Digərləri 25 Fev 2019 18:06:01 203 0

Elçin Quliyev Tehranda keçirilən yarışda qələbə qazanmış idman­çılarla görüşüb (FOTO)

Tehranda baş tutmuş karate idman növü üzrə turnirdə böyük qələbələr qazanmış idman­çılar Dövlət Sər­həd Xid­mətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmiş­dir.

Bakı. 8-10 fevral tarixlərində İran İslam Respub­likasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə “Master Cup” beynəlxalq turnirində böyük qələbələr qazanmış “Sərhədçi” idman-olim­piya mərkəzinin idman­çıları bu gün Dövlət Sər­həd Xid­mətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmiş­dir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunmuşdur. İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən ge­neral-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vit­se-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Sal­manlının uğur­lu çıxışının və vətən­pərvərlik nümunəsinin yüksək qiy­mət­lən­di­ri­lə­rək hədiyyə ilə təltiflən­diril­məsinin Azərbaycan dövlətinin gənc idman­çıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olma­sını xüsusi vur­ğulamışdır. “Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mir­zəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstər­məsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin təd­risinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetiril­məsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş ka­rate üzrə sonuncu “Master Cup” turnirində ölkəmizi təmsil edən “Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qa­zanmasını, komandamızın ümumi he­sab­da 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənis­tandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə etmişdir.