Heydər Əliyev Sarayında Xocalı soyqırımının anım mərasimi keçirilib


Digərləri 25 Fev 2019 17:59:00 246 0

Heydər Əliyev Sarayında Xocalı soyqırımının anım mərasimi keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 25-də Heydər Əliyev Sarayında anım mərasimi keçirilib.

Son.az xəbər verir ki, tədbirdən öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımını özündə əks etdirən kitab stendinə baxış keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Sarayının direktoru, "Şöhrət" ordenli, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev tədbir iştirakçılarına Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, ermənilər tərəfindən törədilən ağır qırğının nəticələrindən və diasporlarımızın Heydər Əliyev Fondu ilə birgə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirməsindən, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlər, sənədli dəlillər və fotoşəkillərin təqdim edilməsindən ətraflı məlumat verib.