39 il həbsdə saxlanılan günahsız şəxsə


Siyasət 25 Fev 2019 17:34:00 226 0

39 il həbsdə saxlanılan günahsız şəxsə

ABŞ-da yanlışlıqla 39 il həbsdə saxlanılan Kreyq Koliyə 21 milyon dollar ödəniləcək.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1978-cu ildə Kaliforniyanın "Simi Valley" şəhərində baş verən hadisə zamanı Koli sevgilisi Ronda Viç və onun 4 yaşlı oğlunu öldürməkdə ittiham edilmişdi. DNT analizi nəticəsində 2017-ci ildə Kreyq Kolinin günahsız olduğu üzə çıxıb və o azadlığa buraxılıb. Şəhər rəhbərliyi məbləğin 4,9 milyon dollarını ödəyəcək, qalan pulu isə sığorta şirkəti və digər təşkilatlar verəcək. 

Hazırda 71 yaşı olan Koliyə ötən il 2 milyon dollar ödənilməsi barədə qərar çıxarılmışdı. 

Son.az