Lavrov: "Nüvə danışıqları "dondurulub"


Dünya 25 Fev 2019 17:24:00 245 0

Lavrov: "Nüvə danışıqları "dondurulub"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə vəziyyətlə əlaqədar Moskva ilə məsləhətləşib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya ilə prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inla görüş ərəfəsində məsləhətləşib.

Lavrov əlavə edib ki, Şimali Koreya üzrə altıtərəfli danışıqlar bu görüşün uğurlu keçməsindən asılı olacaq: "Hazırda Şimali Koreyanın nüvə probleminə dair 6 tərəfli danışıqlar "dondurulub"".