Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir (FOTO)


Digərləri 25 Fev 2019 17:06:00 249 0

Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir (FOTO)

Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Bakı. Energetika naziri Pərviz Şahbazovun dəvəti ilə Azərbaycana səfər edən Monqolustanın energetika naziri Çerenpil Davasurenin başçılıq etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Monqolustanın energetika naziri bildirib ki, bu səfər və keçirilən görüşlər iki ölkə arasında enerji, eləcə də digər sahələrdə əməkdaşlığı gücləndirmək, qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün bir fürsətdir. Bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır.