Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının sessiyasında iştirak edəcək


Siyasət 25 Fev 2019 16:34:00 237 0

Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının sessiyasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Haqları Şurasının 40-cı sessiyasında iştirak edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bidirib ki, BMT-nin İnsan Haqları Şurasının sessiyası fevralın 25-dən martın 22-nə qədər keçiriləcək:

"Sessiyanın gündəliyinə bilavasitə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Lakin Azərbaycan bu görüşdə fəal şəkildə iştirak edəcək".