Növbəti AİAzərbaycan görüşünün vaxtı açıqlandı


Siyasət 25 Fev 2019 16:19:00 191 0

Növbəti AİAzərbaycan görüşünün vaxtı açıqlandı

16-cı Avropa İttifaqı - Azərbaycan görüşü fevralın sonunda keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, görüş zamanı tərəfdaşlıq haqqında saziş, həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Son.az