Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlanıb


Digərləri 25 Fev 2019 16:12:36 162 0

Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlanıb

Növbəti Aİ-Azərbaycan görüşünün vaxtı açıqlanıb.

Bakı. Ləman Zeynalova - 16-cı Avropa İttifaqı - Azərbaycan görüşü fevralın sonunda keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. L.Abdullayeva bildirib ki, görüş zamanı tərəfdaşlıq haqqında saziş, həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Onun sözlərinə görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin