31-ci qol


İdman 25 Fev 2019 15:35:00 426 0

31-ci qol

Zirə-nin futbolçusu Mfo Kqasvane Azərbaycanda qol hesabını açıb.

Goal.az xəbər verir ki, botsvanalı hücumçu ilk qolunu Premyer Liqanın 18-ci turunda vurub. O, “Sumqayıt”la səfər matçında görüşün taleyini həll edən yeganə qolun müəllifi olub. 

Mfo “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 31-ci futbolçudur. Bunadək klubun 30 oyunçusu çempionatda rəqib qapısına yol tapmışdı. Kqasvane “Zirə”də qol vuran 17-ci legioner və ilk Botsvana təmsilçisidi. Bu əcnəbilər 13 ölkəni təmsil edir və ümumilikdə 73 qol vurublar. 

Qeyd edək ki, Mfo təkcə “Zirə”də deyil, Azərbaycan çempionatları tarixində ilk Botsvana təmsilçisidir.