Əli Əhmədov: Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır


Digərləri 25 Fev 2019 15:31:00 192 0

Əli Əhmədov: Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır

Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır.

Bakı. İlhamə İsabalayeva - "Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı faciəsini tanıyıblar. Güman edirəm ki, bu faciəni qətliam kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Xocalı soyqırımını unutmadıq!" adlı tədbirdə çıxışı zamanı deyib. Ə.Əhmədovun sözlərinə görə, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib.Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov, 150 nəfər itkin düşüb, 25 uşaq hər iki valideynini itirib: