Yardımlıda baş vermiş kütləvi davanın TƏFƏRRÜATLARI


Kriminal 25 Fev 2019 15:00:00 317 0

Yardımlıda baş vermiş kütləvi davanın TƏFƏRRÜATLARI

Yardımlıda fevralın 23-də baş verən kütləvi davanın təfərrüatları məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, davaya, əslində, it boğuşdurulması yarışı deyil, bir tərəfin digərinə 7 min manata yaxın borcu olması səbəb olub.

Belə ki, bir neçə il əvvəl Ləzran kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov qonşuluqda yerləşən Şovud kəndindəki dostu Hüseynov Elşəngilə qonaq gedib. Dostlar yeyib-içdikdən sonra Elşən Bəhruzdan borc pul istəyib. Məclis bitdikdən sonra Bəhruz dostunun evində olan küçüklərdən birini istəyib, bu zaman Elşənin qardaşı Teymur Hüseynov iti ona bir şərtlə verib ki, vaxt gələndə digər küçüklərdən biri ilə dalaşdırsın.

Bir neçə il keçsə də, Bəhruz dostuna verdiyi borc pulu geri ala bilməyib, nəticədə aralarında ciddi mübahisələr yaranıb. Dava baş verən gün isə Elşən qardaşı ilə Bəhruza zəng edərək ona hədiyyə verilən iti öz itləri ilə dalaşdırmaq istədiklərini bildirib. Razılıq verən B.İsgəndərov dostundan borc verdiyi pulu yenidən geri istəyib.