Bakıda yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb (FOTO)


Digərləri 25 Fev 2019 14:40:00 185 0

Bakıda yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb (FOTO)

Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bakı. Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir.