Məşhur müğənni "mavi"lərin nişanında sürpriz etdi VİDEO FOTO


Digərləri 25 Fev 2019 13:59:00 201 0

Məşhur müğənni "mavi"lərin nişanında sürpriz etdi  VİDEO  FOTO

Hər fanat pərəstiş etdiyi müğənni ilə görüşü arzulayır. Bəs həmin müğənni özü gələrsə?

Məşhur müğənni, 29 yaşlı Teylor Svift pərəstişkarlarından birinə sürpriz etmək qərarına gəlmişdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, qeyri-ənənəvi cinsi yönlü Aleks Qoldşmidt illərdən bəri T.Sviftin pərəstişkarıdır. O, "mavi" nişanlısı Ross Girardla nişan mərasiminə də sevimli müğənnini dəvət etmək qərarına gəlmişdi.

ABŞ-ın Los-Anceles şəhərinin Hollivud səmtindəki "Sycamore Tavern"dəki restorandakı mərasim zamanı A.Qoldşmidt mikrofonu götürərək deyib: "Burada kimsəyə demədiyim sirrim var. Rossla münasibətlərimizdə böyük rol oynamış müğənni  mərasimimizə qatılacaq. Xoş gəldin, Teylor!"

Gülərək qonaqların qarşısına çıxan Teylor Svift də Alekslə tanış olmasından bəhs edib. Sən demə, Aleks ona məktub yazıb və müğənninin diqqətini cəlb edib.


Xəbərə aid fotolar