Meyvə ağaclarını nə vaxt əkib, necə qulluq etməli?


Digərləri 25 Fev 2019 13:41:00 221 0

Meyvə ağaclarını nə vaxt əkib, necə qulluq etməli?

Meyvə tinglərinin, əsasən, noyabrda, yarpaq töküləndən, yəni vegetasiya dövrü dayandıqdan sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.       

Son.az xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Gülnarə Məmmədova bildirib.

O, meyvə ağaclarına necə qulluq göstərilməli olduğunu da qeyd edib: "Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır.