Azərbaycana Hindistan, Çin, Koreyadan gələnlərin sayı artdı


Digərləri 25 Fev 2019 13:27:00 185 0

Azərbaycana Hindistan, Çin, Koreyadan gələnlərin sayı artdı

Bu ilin yanvar ayında Azərbaycana Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Gürcüstan, Cənubi Koreyadan gələnlərin sayı artıb, Körfəz ölkələrindən gələnlərin sayı isə azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar ayında Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 29,4 faizi Rusiya, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb.