PAŞA Bank-dan Kiçik və Orta Sahibkarlar üçün ekvayrinq


Digərləri 25 Fev 2019 13:23:31 183 0

PAŞA Bank-dan Kiçik və Orta Sahibkarlar üçün ekvayrinq

PAŞA Bank KOS-lar üçün satış həcmlərinin artımı və iş yükünün azalmasını təmin edəcək POS-terminal və virtual POS-terminallar təklif edir.

Bakı. PAŞA Bank KOS-lar üçün satış həcmlərinin artımı və iş yükünün azalmasını təmin edəcək POS-terminal və virtual POS-terminallar təklif edir. Bankın təklif etdiyi çox funksiyalı POS-terminalları quraşdırmaqla Siz ticarət və xidmət müəssisələrinizdə və ya sayt üzərindən kart ilə ödənişləri rahat qəbul edəcəksiniz. Eyni zamanda ödənişlərin daha səmərəli həyata keçirilməsi üçün POS terminalın kassa aparatı ilə inteqrasiyası xidmətindən də yararlanmaq imkanı əldə edəcəksiniz. PAŞA Bankın POS terminalları ilə ödənişləri təməssız həyata keçirmək mümkündür. Belə ki, təmassız ödənişlər zamanı kartı aparata daxil etmək ehtiyacı yoxdur və 50 AZN-dək ödənişlər üçün PIN kodu daxil etmək tələb olunmur.