Qvardiola Mourinyoya çatdı


İdman 25 Fev 2019 13:14:00 324 0

Qvardiola Mourinyoya çatdı

Pep Qvardiola Manchester City-də dördüncü mükafatını qazanıb.

Goal.az xəbər verir ki, çalışdırıcı İngiltərə Liqa Kubokunda Chelsea üzərində qələbədən (0:0, 4:3) sonra buna nail olub. 48 yaşlı ispaniyalı məşqçilik karyerasında indiyədək 25 mükafat əldə edib. Barcelona-da işlədiyi vaxt 14, Bayern Münich-lə isə 7 mükafata sahib çıxıb. Beləliklə, Qvardiola analoji göstəricidə Manchester United-in sabiq çalışdırıcısı Joze Mourinyoya çatıb. Karlo Ançellotti 20 mükafatla üçüncüdür.