Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verdi


Digərləri 25 Fev 2019 12:33:00 260 0

Prokurorluq generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest verdi

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən bildirir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.